23 may 2011 16:24
AFFA Rednikin cəzasını yüngülləşdirdi
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda sadəcə bir məsələyə baxılıb.
Bu da “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin cəzasının qalan hissəsinin ləğv edilməsi ilə bağlı müraciəti olub. Aparılan müzakirələrdən sonra aşağıdakı qərar qəbul edilib:
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvədə saxlanılsın. Mirça Rednik intizam tədbiri olaraq 3 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Mirça Rednik analoji hərəkətlərə yol verərsə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun”.
