23 may 2011 16:43
AFFA qalibləri mükafatlandırdı (FOTOLAR)
Bu gün AFFA-nın inzibati binasında U-17 Liqanın qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə əvvəlcə başa çatan mövsümlə bağlı hazırlanmış videoçarx nümayiş olunub.
Sonra AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək qalib komandaları təbrik edib. Ardından isə mükafatlar təqdim edilib. Əvvəlcə çempionatın bombardiri – “Bakı” klubunun üzvü Raul Yaqubzadəyə və mövsümün ən yaxşı futbolçusu – “Qəbələ” komandasının oyunçusu Elvin Camalzadəyə xüsusi mükafatlar təqdim olunub. Üçüncü yeri tutmuş “Neftçi” və ikinci pillənin sahibi “Qəbələ” komandasına diplom və medallar verilib. Çempion “Bakı”ya diplomlar, medallar və kubok, həmiçinin AFFA-nın hesabına xarici ölkələrdən birində təlim-məşq toplanışı keçirməklə bağlı diplom təqdim olunub.
