23 may 2011 17:14
Final matçına təyinatlar açıqlandı
Sabah keçiriləcək Azərbaycan kubokunun final oyununa təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, artıq "İnter"lə "Xəzər Lənkəran" arasındakı final oyununa təyin olunan hakim-inspektor və AFFA nümayəndəsi məlumdu.
Lakin hakim təyinatları hələ də gizli saxlanılmaqdadı. Çox güman ki, hakimlərin kimliyi matçın startına bir neçə saat qalmış açıqlanacaq.
Azərbaycan kuboku
Final
24 may (çərşənbə axşamı)
İnter - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
