23 may 2011 18:08
Bakı 10 nömrəsini müğənniyə verdi (FOTO)
Gənc müğənni Elton Hüseynəliyev dünən Heydər Əliyev adına sarayda verdiyi konsertdə “Bakı” azarkeşi olduğunu etiraf edib. Azerisport.az xəbər verir ki, konsert zamanı klub rəhbərliyi adından 10 nömrəli futbolka hədiyyə alan müğənni təşəkkürünü bildirərək, “Bakı” futbol klubunun azarkeşi olduğunu dilə gətirib.
Paytaxt klubuna uğurlar arzulayan Elton qarşıdan gələcək oyunlarda komandanın oyunlarını izləyəcəyini, azarkeş kimi “Bakı”ya həmişə dəstək verəcəyini bildirib.
