23 may 2011 19:58
Vladimir Levin XL-da çəkindiyi oyunçunun adını açıqladı
Bu gün “İnter”in baş məşqçisi Kaxaber Sxadadze ilə yanaşı paytaxt klubunun kapitanı Vladimir Levin də jurnalistlər qarşısına çıxıb. Azerisport.az xəbər verir ki, millimizin də şərəfini qoruyan müdafiəçi Azərbaycan kubokunun sabah keçiriləcək “Xəzər Lənkəran”la final oyunu öncəsi bunları dilə gətirib:
“Qələbə qazanmağa çalışacağıq. Düzdü, rəqibimiz güclü heyətə malikdi. Xüsusilə, güculü hücum xəttinə malikdilər. Uinston Parksı xüsusi qeyd etmək istərdim. Fiziki cəhətdən də güclüdü və onu asanlıqla saxlamaq çox çətindi. Amma biz onu zərərsizləşdirərik”.
