23 may 2011 20:52
Rednik: Kuboku qazana bilməsəm gedəcəyimi istisna etmirəm
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Azərbaycan kubokunun sabah keçiriləcək “İnter”lə final oyunundan öncə bu gün təşkil olunmuş mətbuat konfransında KİV nümayəndələrinin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, həlledici görüş öncəsi bunları dilə gətirib:
- Bu, bizim üçün çox vacib oyundu. Elə mənim, azarkeşlərimiz üçün də. Biz bu qarşılaşmada qalib gəlib, kuboku qazanmaq istəyirik. Amma bilirik ki, asan olmayacaq. Rəqibimiz üçün bu qarşılaşma çox vacibdi. Çünki onların avrokuboklara yolu məhz bu görüşdən keçir.
- Komandanız oyuna nə dərəcədə hazırdı?
- Finalda bütün oyunçularımdan istifadə edə bildiyim üçün şadam. Allahdan kömək istəyirəm. Bütün oyunçularım sabahkı oyuna 100 % hazır olacaq. Bu, mənim və komanda üçün yaxşıdı.
- Finalda bütün oyunçularımdan istifadə edə bildiyim üçün şadam. Allahdan kömək istəyirəm. Bütün oyunçularım sabahkı oyuna 100 % hazır olacaq. Bu, mənim və komanda üçün yaxşıdı.
- Bu gün AFFA-da Appelyasiya Komitəsinin iclası keçirilib və orda sizin diskvalifikasiyanız azaldılıb...
- Mənim üçün bu, çox vacib əhəmiyyət daşıyırdı. Çünki komandamın yanında ola biləcəm. Hər halda bir baş məşqçinin komandasının yanında, digərinin isə tribunada oturması ədalətsizlik olardı. Cəzamın ləğv olunmasını normal qərar sayıram, mənim jestimdə qeyri-adi heç nə yox idi, təhqirə yol verməmişdim. Bu, final öncəsi bizim üçün xoş xəbər oldu.
- Kamran Ağayevin “Neftçi” ilə oyundakı səhvinə münasibətinizi bilmək istərdik...
- "Neftçi" ilə oyunda baş verən hadisə Kamranın mövsüm ərzində, bəlkə də, yeganə səhvi idi. Gəlin, Kamranın səhvlərindən yox, onun yüksək oyunundan danışaq.Yaxşısı budu yazın ki, o, əla oynayır. Axı Ağayev ölkənizin ən yaxşı qapıçısıdı.
- Çempionatda qalib ola bilmədiyinizə görə məyus olmadınız ki?
- Bizim qarşımıza çempionatda qələbə qazanmaq vəzifəsi qoyulmuşdu. Kubok haqda heç xüsusi olaraq düşünmürdük. Lakin Premyer Liqada qızıl medalları qazana bilməyəcəyimiz dəqiqləşincə, fikrimizi kuboka yönəltmək məcburiyyətində qaldıq.

- Sxadadzenin taktiki gedişləri barədə nə düşünürsüz?
- Bütövlükdə, bu rəqiblə oyuna güclü hazırlaşmışıq. "İnter" yaxşı, komplektləşmiş komandadı, çox yaxşı, sürətli oyunçuları, yaxşı baş məşqçisi var. Fikirmcə, əsasən əks-hücumda oynayacaqlar və standard vəziyyətlərə üstünlük verəcəklər. Bütün komandalara olduğu kimi, "İnter"ə də böyük hörmətim var, lakin biz öz oyunumuzu oynayacağıq. Çünki “Xəzər Lənkəran” da “Xəzər Lənkəran”dı. Buna görə də mütləq qələbə qazanmalıyıq.

- Qələbə qazana bilməsəz, gedəcəksiz?
- Qalib gəlməsək biabırçılıq olar. Həm klub üçün, həm də komanda üçün. Bütün oyunlara qələbə üçün çıxırıq, təəssüf ki, bəzən bu, alınmır. Çempion ola bilmədik. Uğur qazana bilməsəm gedəcəyimi istisna etmirəm. Bəlkə də, buna kimlərsə sevinəcək. Lakin, kuboku qazanacağıma inanıram.

- Siz kubokda uduzsaz da, Avropa Liqasında uğurlu çıxış edə bilərsiz...
- Biz kubokda güzəştə getmək istəmirik. "Xəzər Lənkəran" peşəkar klubdu, bu kubok bizim üçün vacibdi, rəhbərlik futbolun inkişafı üçün vəsait xərcləyir. Bizim mərhələ keçməyimiz həm də Azərbaycan futbolunun uğuru sayılacaq. Kuboku qazansaq, Avropa Liqasında da mübarizəyə ikinci mərhələdən başlamaq hüququ qazanacağıq.