23 may 2011 11:40

“XL Azərbaycanı Avroliqada layiqincə təmsil etməyə qadirdi”

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Dieqo Souza Azərbaycan kubokunun sabah keçiriləcək “İnter”lə final oyunu öncəsi azerisport.az saytının suallarını cavablayıb.
 
- Kubokun həlledici oyununa cəmi 1 gün qalır. Komandada əhval-ruhiyyə necədi?
- Məncə, bu görüşün vacibliyindən danışmaq artıq olardı. Mövsümü titulla bitirmək istəyirik. Buna görə kuboku qazanmağa borcluyuq. Premyer Liqanı qazana bilməsək də, bu turnirdə qalib olmaq üçün əla şansa malikik. Komanda bu günə kimi ağır yola keçib. Finala gedən yolda “Neftçi”, “Bakı” kimi komandaları yolumuzdan kənarlaşdırmışıq və kuboku qazanmağa da layiqik. Bunu oyunumuzla da sübut edəcəyik.
 
- Bəs rəqib haqda nə düşünürsüz?
- “İnter” güclü komandadı. Onlar da maksimum güclə oynayacaqlar. Onlara da qələbə qazanmaq vacibdi. Çünki bakılılara həm də avrokuboklara vəsiqə qazanmaq lazımdı. Onların ünvanına ancaq yaxşı sözlər söyləyə bilərəm. Bizi çox gərgin mübarizə gözləyir. Lakin hər şeyə rəğmən, biz finalda qələbə qazanmağa borcluyuq. XL mövsümü titulla qapamağa borcludu.
 
- “İnter” indiyə kimi 3 dəfə finala vəsiqə qazansa da, heç vaxt kuboka sahib çıxa bilməyib...
- Bəli, onlar bizə, “Qarabağ”a və “Bakı”ya uduzublar. Lakin bu, heç bir məna kəsb etmir. Futbolda uğursuz oyunlar da olur, uğurlu da. Biz əlimizdən gələni edəcəyik ki, “İnter”in bu seriyası ən azı gələn mövsümə kimi davam etsin. Amma əgər ciddi danışsaq, bizi onların finala neçə dəfə çıxması, nə qədər uduzması elə də maraqlandırmır. Biz finalda qələbə qazanmaq istəyirik.

- “Neftçi” ilə son oyunda komanda elə də yaxşı oynamadı və hər kəs narazı qaldı...
- Həmişə baxımlı oyun sərgiləmək mümkün deyil. Hərdən elə də olur ki, biz gözəl oynasaq da, xal qazana bilmirik. Düzdü, “Neftçi” ilə oyunda biz yaxşı çıxış etmədik. Lakin istəyimizə nail olduq, gümüş medalları qazandıq. Özü də “Qarabağ”ın heç kimin gözləmədiyi halda AZAL-a uduzması nəticəsində. Gümüş medal XL üçün pis nəticə deyil. Amma finala tam fərqli əhval-ruhiyyədə çıxacağıq.
 
- Avropa Liqasına vəsiqə sizi arxayınlaşdırmır?
- Heç bir arxayınlıqdan söhbət gedə bilməz. XL hər iki turnirdə mübarizəsini sona kimi davam etdirib və xeyli çətinliklərlə üzləşmişik. Bu zəhmətimizin hədər getməməsi üçün finala da yaxşı hazırlaşmışıq. Azarkeşlərimiz da bu kuboka layiqdilər. Mövsümü major notda bitirmək istərdik.
 
- Bütövlükdə, mövsümü XL üçün necə qiymətləndirərdiz?
- Ümumilikdə, pis mövsüm keçirdiyimizi deməzdim. Gümüş qazansaq da, çempion da ola bilərdik. Əgər bəzi hakimlərin səhvləri olmasaydı, komandamız qızıl medallara da sahib çıxardı. Kuboku da qazansaq, mövsümü uğurlu saymaq olar.
 
- Sizcə, XL-ı Avropa Liqasında nə gözləyir?
- Komandada böyük potensial var. Əminəm ki, biz hələ öz yaxşı oyunumuzu bundan sonra göstərəcəyik. Avrokuboklara kimi vaxtımız olacaq, təlim-məşq toplanışı keçib, hazırlaşacağıq. Yəqin ki, heyət də gücləndiriləcək. Əgər yaxşı hazırlaşsaq, uğurlu çıxış edə bilərdik. İnanın ki, XL Azərbaycanı Avropa Liqasında layiqincə təmsil etməyə qadirdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.