23 may 2011 12:30
Starkov Bakı`da futbolçu qoymadı
“Bakı” daha iki futbolçusu ilə yollarını ayırıb. Azerisport.az zəbər verir ki, “zolaqlılar”ın baş məşqçisi Aleksandr Starkov komandanın aparıcı oyunçularından hesab olunan Jaba və Leonardo Roşaya da qapını göstərib.
Latviyalı mütəxəssis növbəti mövsümdə onları da heyətdə görmək istəmədiyini bildirib. Beləcə, paytaxt klubunun uğursuz mövsümdən sonra heyətdən uzaqlaşdırdığı futbolçuların sayı 10-a çatıb. Belə ki, buna qədər Starkov yerli futbolçulardan Mahmud Qurbanovla Rafael Əmirbəyova, eləcə də Saşa Kaykut, Adnan Bərəkət, Juninyo, Ruslan Leviqa, Stefan Barbikoni və Vyaçeslav Sofroniyə də qapını göstərmişdi.
Lakin yaxın günlərdə daha bir neçə oyunçunun komandadan uzaqlaşdırılması gözlənilir. Bu mənada növbəti futbolçunun Hollandiyanın “Twente” klubuna məxsus Vaqif Cavadov olacağı gözlənilir. Starkov narazı qaldığı bu oyunçunu da heyətdən çıxarmaq istəməsinə rəğmən, hələlik rəhbərlik bu barədə yekun qərarını açıqlamayıb.
Yeri gəlmişkən bildirək ki, Cavadovun xidmətində “Qəbələ” də maraqlıdı.
