23 may 2011 12:49
Rusiya kubokunun qalibi müəyyənləşdi
Futbol üzrə Rusiya kubokunun yeni sahibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, kubokun həlledici qarşılaşmasında Moskva CSKA-sı “Alania” ilə qarşılaşıb.
Görüş paytaxt təmsilçisinin Vladiqafqaz klubu üzərində 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə bu il Rusya Kubokunu məhz CSKA qazanıb. Moskva klubuna kuboku gətirən qolları 13 və 69-cu dəqiqələrdə Seydou Doumbiya vurub.
Maraq üçün onu da bildirək ki, CSKA növbəti mövsüm üçün Çempionlar Liqasında mübarizə aparacaq. “Alaniya” isə UEFA Avropa Liqasına vəsiqə qazanıb.
