23 may 2011 00:33
Azərbaycan çempionu rəqiblərini iyunun 6-da tanıyacaq
İyunun 6-da İsveçrənin Nyon şəhərində futzal üzrə Avropa Kubokunun püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu il də sözügedən turnirdə UEFA-nın son reytinq siyahısında 5-ci olan “Araz” təmsil edəcək.
Qeyd edək ki, “Araz” ötən mövsüm bu turnirdə uğurlu çıxış edərək hətta elit mərhələyə qədər irəliləyə bilmişdi. Naxçıvan təmsilçisi öncə İrlandiyanın “Sportig Fingal” (7:4), Latviyanın “Nikars” (7:2 ) və Rumıniyanın “Targu Mures” (3:1) klublarını məğlub etmişdi. Elit mərhələdə isə Kiprin “AGBU-Аrarat” (2:1) klubunu məğlub etmiş, İtaliyanın “Montesilvano” klubuyla heç-heçə etmiş (2:2), lakin Rusiyanın “VİZ-Sinara” klubuna məğlub olmuşdu - 2:3. Turnirin qalibi isə “Montesilvano” olmuşdu.
