23 may 2011 00:46

Stadionlarımız: dərd azalır, ya artır?

Pis-yaxşı daha bir mövsümü geridə qoyduq. Lakin bu mövsüm ərzində də stadion problemləri zaman-zaman özünü qabarıq şəkildə nümayiş etdrirdi. Azerisport.az olaraq bir daha klublarımızın stadion problemlərinə toxunmaq istərdik.
 
Məlum olduğu kimi, stadion baxımından geridə qoyduğumuz mövsümdə hamımızı sevindirən yeganə məqam AZAL-ın Şüvəlandakı arenasının istifadəyə verilməsi oldu. Artıq final mərhələsinin əksər oyunlarını məhz doğma arenasında qəbul etməyə başlayan paytaxt klubunu yəqin ki, bir daha “Şəfa”nın, ya da hansısa başqa bir arenanın xidmətindən icarə əsasında istifadə etdiyini görməyəcəyik. Şüvəlandakı arenayla bağlı yeganə çatışmazlıq qazonun süni olmasıdı ki, bu da hər halda beynəxalq futbol federasiyaları tərəfindən qəbul olunub. Yəni beynəlxalq oyunları da qəbul etmək gücündə olan stadionun ən azı “Şəfa”dakından qat-qat yaxşı süni örtüyə malik olmasıyla təsəlli tapmaq olar. Bir sözlə AZAL-ın növbəti mövsümdə də belə bir probleminin olmayacağı dəqiqdi.
 
Öz arenası olan digər klub “İnter”di ki, bu klubun da belə bir qayğısı yoxdu. Düzdü, 3 ildi arenanın müəyyən qismində təmir işləri aparan paytaxt klubunun rəhbərliyi üçün həmin tikinti işlərini başa çatdırmaq əməlli başlı problemə çevrilib. Lakin “bankirlər” ən azı ev oyunlarını keçirmək üçün meydançaya malik olmasıyla təsəlli tapa bilər. Baxmayaraq ki, “Şəfa”da hazırda xarici görünüşdən çox, daixili gözəlliyə ehtiyac var. Söhbət təbii ki, arenanın uzun illərdi istifadə olunan süni örtüyünün təbbi ot örtüyü ilə əvəzlənməsindən gedir.
 
“İnter”lə yanaşı AZAL da öz stadionu hazır olana kimi məhz bu arenadan istifadə edirdi. Lakin mövsümün sonuna yaxın başqa klubların da “Şəfa”nı istismar etməsi labüd oldu. Bu mənada xüsusilə “Muğan” ev oyunlarının əksərini paytaxtda keçirdi. Salyan klubu bunu doğma arenasının təmirə bağlanılması ilə izah etdi. Lakin növbəti mövsümdə Salyan Olimpiya Kompleksinin arenasının nə dərəcədə layiqli təmir olunduğunu görəcəyik. Hər halda ümid edək ki, salyanlıları uzun müddət futbolsuz qoyan doğma klubları ən azı bütün ev oyunlarını həmin stadionda keçirə biləcək.
 
“Qəbələ” də “Şəfa”da ev oyunu keçirdi. Lakin Toni Adamsın komandası sadəcə bir oyunluq paytaxtdakı arenanın xidmətindən yararlanmaq məcburiyyətində qaldı ki, bu da onların doğma stadionlarında aparılan təmir işləri ilə bağlı idi. Düzdü, hələ qəbələlilərin inşa etdirdiyi əsas stadionun hazır olmasına çox vaxt qalır və bunun ən azı növbəti mövsümə qədər başa gəlməyəcəyi dəqiqdi. Amma “Qəbələ” məhz həmin arena hazır olana kimi ev oyunlarını keçirmək üçün süni örtüyə malik stadion tikdirmişdi ki, növbəti mövsümə onu bir qədər də yeniləmək istəyir. Britaniyalıların çalışdırdığı komanda növbəti mövsümdə daha iddialı olmaq istəyir ki, bu üzdən həmin arenanın süni örtüyünü təbiisi ilə əvəzləyir. Nəzərə alsaq ki, ölkəmizin qalan arenalarında da təbii örtükdən istifadə olunur, onda “Qəbələ”nin siyasətini başa düşmək olar. Lakin ümid edək ki, bu klubun əsas arenası da tezliklə istifadəyə veriləcək.
 
Mərkəzi arena da “Şəfa” kimi bir neçə klubun ortaq mülkünə çevrilib. Yeni Azərbaycan çempionu “Neftçi” Bakıxanov qəsəbəsində öz stadionu olmasına rəğmən, ev oyunlarını hələ də Tofiq Bəhramov adına Respublika stadionunda keçirir. Halbuki, doğma arenada bu klub daha layiqli azarkeş dəstəyi ala bilər. Hər halda 30 minlik tutuma malik mərkəzi arenada 500-1000 nəfərlik azarkeşin dəstəyinin bu komandanın uğurunda hansısa pay sahibi olması inandırıcı görünmür.
 
Elə “Bakı” da hələlik yersiz-yudsuz klublarımızdan olaraq qalmaqdadı. Baxmayaraq ki, hazırda dəbi müəyyənləşdirən aparıcı klublarımızdan hesab olunur. Amma yaxşı olardı ki, bu paytaxt klubu da tezliklə arenasının tikintisini başa çatdırsın və xüsusi stadiona malik olsun. Təəssüf ki, AFFA və PFL hələ də klubların qarşısına konkret tələb qoymadığından onların heç biri stadion çatışmazlığını yoluna qoymaqda maraqlı deyil. Əvəzində futbolumuzun inkişafına qətiyyən töhvə verməyən lazımsız legionerlər qoşunla gəlib, qoşunla gedir. Necə ki, elə məhz “Bakı”nın timsalında geridə qalan mövsümdə belə faydasız legionerlər az gətirilib yola salınmadı. Lakin təkcə “zolaqlılar”ın adını çəkməyimiz başqa klublarda vəziyyətin yaxşı olmasına anlamına gəlməməlidi. Çünki əksər klublarımızda eyni vəziyyət hökm sürməkdədi. Yəni görüləsi daha vacib işlərin, problemlərin müqabilində klublarımız vaxtı keçmiş legionerlərə pul xərcləməklə məşğuldu.
 
“Qarabağ” da stadion baxımından problemin konkret həllinə nail ola bilmir. Ağdamlılar rəqiblərini gah Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda, gah mərkəzi arenada, gah da Quzanlıda qəbul edir. Halbuki, məsələn elə Suraxanıdakı arenanı əsaslı təmir etməklə bu problemi birdəfəlik yerinə qoymaq olar. Havaların gözəl keçdiyi dövrdə isə bir neçə matçı Quzanlıda təşkil etmək olar.
 
AZAL kimi stadion problemi yaşamayan daha bir klubumuz “Xəzər Lənkəran”dı. Düzdü, arabir güclü yağışlar yağarkən Lənkərandakı arena da tanınmaz hala düşür. Lakin bu problemin həlli üçün yeni mütəxəssislər dəvət edən klub rəhbərliyinin bu və digər çatışmazlıqları da yoluna qoyacağına inanırıq.
 
Lakin “Xəzər Lənkəran”dan fərqli olaraq belə öz stadionu olan “Gəncə” və “Turan” nədənsə arenasını abadlaşdırmaqda, onun qayğısına qalmaqda maraqlı deyil. Məsələn, mövsümün gedişində Tovuzdakı arenaya gedən az qala bütün rəqiblərin baş məşqçiləri ordan şikayətlənirdilər. Hətta “Turan”ın məşqçiləri də elə qazonda oynamağın çətinliyindən danışdığı halda Tovuz klubunun rəhbərliyi bunun üçün ciddi tədbirlər həyata keçirmək istəmir. Elə eyni şeyləri Gəncədəki arena haqda da demək olar. Bu stadionun da qazonu yenisi ilə əvəzlənməlidi, arenada xüsusi yenidənqurma işləri aparılmalıdı. Lakin hələlik bu yöndə heç bir iş aparılmır və güman ki, növbəti mövsümdə də eyni çatışmazlıqlardan şikayətlər olacaq, tənqidlər yazılacaq.
 
Elita iştirakçılarından “Simurq”un stadion problemi olmasa da, Zaqatala klubu birinci diviziona düşdüyü üçün daha bir arenanın azalmış olduğunu demək olar. Hər halda stadion artımı üçün bir də bu komandanın birinci diviziondan Premyer Liqaya çıxmasını gözləmək lazım gələcək.MOİK isə yersiz-yudsuz əsas klublardan idi. Hər halda elita təmsilçisi olan bir klubun ev oyunlarını “Bakı”nın bazasında keçirməsindən də biabırçı nəsə ola bilməzdi. Lakin təəssüf ki, Premyer Liqamızda belə halların da şahidi olduq.

Yeni mövsümdən elitaya gələcək daha iki klubu da elə MOİK kimi yersiz-yudsuz hesab etmək olar. Çünki nə “Abşeron”un, nə də “Rəvan”ın öz stadionu var. Belədə, onların da “Şəfa” və ya Tofiq Bəhramov adına Respublika stadionundan icarə əsasında istifadə etməsi mümkündü. Düzdü, onlar hansısa başqa arenalarla da razılıq əldə edə bilər. Lakin istənilən halda bu, arenalarımızda sıxlıq yaratmış olacaq. Belə xoşagəlməz və anormal vəziyyətin nə vaxta kimi davam edəcəyi isə hələ də qaranlıq qalır. AFFA və PFL-in bu duruma göz yumması isə ümumiyyətlə təəccüb doğurur. Axı elə iki il öncə sözügedən qurumların rəhbərliyi səviyyəsində klublar qarşısında konkret tələblər qoyulacağı iddia olunmuşdu...

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.