24 may 2011 22:40

Kubok XL-ın, son vəsiqə AZAL-ın oldu (YENİLƏNİB)

Bu gün Azərbaycan kubokunun yeni sahibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, ölkə kubokunun 2010/11 mövsümünün həlledici qarşılaşmasında “Xəzər Lənkəran”la “İnter” üz-üzə gəlib.
 
Xatırladaq ki, hər iki klub tarixində dördüncü dəfə Azərbaycan Kubokunun final oyununa çıxırdı. “İnter” ilk üç final matçında heç vaxt qələbə qazana bilməmişdi. “Xəzər Lənkəran” isə əvvəlki finallardan yalnız birində məğlub olduğu halda, digər ikisində kuboka sahib çıxmağı bacarmışdı. Kaxaber Sxadadzenin komandası üçün bu qarşılaşma həm də Avropa Liqasına vəsiqə qazanmaq üçün son şans idi. Əks halda avrokuboklardakı son təmsilçimiz AZAL olacaqdı. “Xəzər Lənkəran” isə kuboku qazanmaqla həm də Avroliqaya ikinci təsnifat mərhələsindən başlamaq fürsəti yaxalayacaqdı.
 
Lakin bu dəfə də "İnter" kuboka həsrət qaldı. Penaltilərlə kuboka sahib çıxan XL isə ikinci dəfə finalda qarşılaşdığı bu rəqibini məğlub etməklə yanaşı, həm də "bankirlər"i avrokuboklardan kənar qoydu. Nəticədə ölkəmizin avrokuboklardakı son təmsilçisi AZAL oldu
 
Azərbaycan kuboku
Final
24 may
 
İnter - Xəzər Lənkəran - 3:5 (0:0, əlavə vaxt 1:1, penaltilərlə 2:4)
Qol: U.Parks, 91 (0:1), G.Karlson, 100 (1:1)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
İNTER: 1. Georgi Lomaya, 6. Dmitri Kruqlov, 8. Aleksandr Çertoqanov, 9. Rövşən Əmiraslanov, 12. Filip Despotovski, 13. Branislav Çervenka, 15. Vladimir Levin, 19. David Odikadze, 21. Arif Daşdəmirov, 32. Robertas Poşkus, 44. Valeri Abramidze.
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 4. Danildo Assioli, 11. Asif Məmmədov, 20. Girt Karlson, 23. Şəhriyar Rəhimov, 28. Baçana Sxadadze, 28. Kaxaber Mjavandze.
Baş məşqçi: Kaxaber Sxadadze.

XL: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 5. Diqeo Souza, 8. Nikolae Muşat, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 18. Emeka Opara, 27. Manuel Skarlatake, 30. Uinston Parks, 84. Julius Vobay.
Ehtiyat oyunçular: 26. Orxan Sadıqlı, 6. Bruno Simao, 10. Elnur Abdullayev, 17. Xristu Kyaku, 18. Alim Qurbanov, 30. Katalin Doman, 77. Stelian Stanku.
Baş məşqçi: Mirça Rednik.

Oyun başladı
1. İlk hücum "İnter"dən gəlir. Lakin onlar qazandığı künc zərbəsindən də lazımı şəkildə yararlana bilmirlər
"İnter" ilk dəqiqələrdən çox inamsız görünür
3. XL künc zərbəsi vursa da, rəqib oyunçular təhlükəni sovuşdura bilir
5. Çertoqanovun uzaqdan zərbəsi Kamran üçün elə də çətinlik yaratmır
6. Vobayın cərimə zərbəsi zamanı qapı qarşısına ötürməsini Mureşan başla tora qovuşdurmaq istəsə də, dəqiq olmur
9. Vobayın uzaqdan zərbəsi qapıdan aralı keçir
12. Dieqo Souzanın uzaq məsafədən qüvvətli zərbəsini Lomaya iki cəhddə tuta bildi
Tərəflər oyunu mərkəzə keçirib və demək olar ki, qapılar qarşısında heç bir təhlükə yaratmırlar
21. R.Əmiraslanov Skartlatake ilə hava mübarizəsi zamanı rəqibin dirsək zərbəsi nəticəsində başından zədə alır və həkimlər onun bundan sonrakı dəqiqələrdə sarğıyla oynamasının lazım gəldiyini bildirir
24. XL az qala rəqibin qapısı qarşısında yaranmış qarışıqlıq zamanı hesabı açacaqdı. Son anda müdafiəçilər təhlükəni sovuşdura bilirllər
27. "İnter"in təhlükəli hücumu: Əmiraslanovun qapı qarşısına iti ötürməsinə toxunan olmur
29. XL inanılmaz epizodu dəyərləndirə bilmir. Muşatın qapı qarşısına ötürməsi zamanı Parks tamamilə nəzarətsiz olsa da, topu tora qovuşdura bilmir
35. Oyunda fəallıq artsa da, qapılar qarşısında real təhlükə yoxdu
37. R.Əmiraslanov qapı qarşısına asma zamanı başla fərqlənmək istəsə də, zərbəsi dəqiq alınmır
38. A.Pitin təhlükəli ötürməsini yenə Parks dəyərləndirə bilmir
42. Opara əlverişli vəziyyətdə topa dəqiq zərbə vura bilmir
Oyunda birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Parks topa fitdən sonra zərbə vurduğuna görə sarı vərəqə alan ilk futbolçu olur
49. Çertoqanov sürətlə cərimə meydançasına daxil olub zərbə endirsə də, top qapının üstündən keçir
57. Çertoqanovdan ideal ötürmə əldə edən Poşkus qapıya qüvvətli zərbə endirsə də, Kamran eyni gözəlliklə topu kornerə çıxarır
59. Çertoqanov sarı vərəqə alır
60. XL künc zərbəsindən fərqlənə bilmir
65. K.Ağayev Despotovskinin zərbəsini asanlıqla tutur
68. Poşkus Vobaya qarşı kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
69. A.Daşdəmirov komandasını real qoldan xilas edir. Əks halda boşda olan XL-lı futbolçu hesabı açacaqdı
71. "İnte"in təhlükəli hücumu zamanı Çertoqanovun zərbəsi dəqiq alınmır
71. "İnter"də ilk oyunçu dəyişikliyi: R.Əmiraslanovu Asif Məmmədov əvəzlədi
73. XL-da da ilk əvəzləmə: D.Souzanı Xristu Kyaku əvəzləyir
76. Vobay qola yaxın olsa da, zərbəsində azacıq dəqiqlik çatışmır
78. Çertoqanov əzələsini dartdığı üçün həkimlərin köməyinə ehtiyac duyur. Onu xərəkdə meydandan çıxarırlar və güman ki oyuna davam edə bilməyəcək
80. Çertoqanov oyuna davam edə bilmir və K.Mjavanadze onun əvəzində meydana daxil olur
84. Kruqlov da Vobayla mübarizə zamanı sifətindən zərbə alır və onun qanının axmasını kəsmək üçün həkimlərin köməyinə ehtiyac duyulur
87. Kyakunun uzaqdan zərbəsi qeyri-dəqiq alınır
89. Oparanın fərqlənməsinə son anda Levin ayaq qoyur və top kornerə çıxır
Oyunun əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Kyakunun uzaqdan qüvvətli zərbəsini Lomaya əla reaksiya ilə geri qaytarır
90+3. Poşkus Kamranla üz-üzə qalsa da, qapıçı topa daha tez yetişir
Matçın əsas vaxtı qolsuz bitir
Qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə oynanılacaq
İlk əlavə hissə başladı
91. Əlavə vaxt başlayan kimi irəli atılan XL hesabı açır. Parksın cərimə meydançası içindən zərbəsi dirəyə dəysə də, Lomayaya toxunub tora qovuşdu - 0:1
94. "İnter"də son dəyişiklik: F.Despotovskini G.Karlson əvələyir
98. "İnter"in təhlükəli cərimə zərbəsi. Karlson topu başla tora qovuşdurmaq istəsə də, zərbəsi dəqiq alınmır, Kruqlov isə topa ayaq qoymağa gecikir
100. Karlson müdafiəçilərin geri qaytarmaq istədiyi topu Odikadzedən qəbul edib, dəqiq zərbə ilə tora qovuşdurur - 1:1
104. J.Vobayın əvəzində meydana K.Doman daxil olur
İlk əlavə hissə başa çatdı
İkinci əlavə vaxt başladı
111. Skarlatake kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
116. Karlson da sarı vərəqə alan futbolçuların sırasına qoşulur
116. Oparanı Elnur Abdullayev əvəzləyir
118. A.Məmmədovun zərbəsini K.Ağayev asanlıqla tutur
Əlavə vaxt da heç-heçə bitir
 
Qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəlir
A.Mureşan - 0:1
G.Karlson - 1:1
E.Abdullayev - 1:1 (kənara)
B.Çervenka - 1:1 (zərbəsi tirdən qayıdır)
A.Pit - 1:2
D.Odikadze - 2:2
X.Kyaku - 2:3
A.Daşdəmirov - 2:3 (qapıçı)
N.Muşat - 2:4

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.