24 may 2011 13:11
Azərbaycanlı futbolçu vəfat edib
İran informasiya agentliyi ISNA xəbər verir ki, tanınmış İran futbolçusu - əslən azərbaycanlı olan Nasir Hicazi vəfat edib. Azerisport.az xəbər verir ki, Hicazi 1949-cu ildə Tehranda anadan olub.
Atası əslən Təbrizdən olub və daşınmaz əmlak alqı-satqısı ilə məşğul olub. 70-ci illərdə Hicazi İran milli komandasının əsas qapıçısı olub. O, Asiya Futbol Konfederasiyası tərəfindən Asiyanın XX əsrin ən yaxşı ikinci qapıçısı elan edilib. Son illər Hicazi ağ ciyər xərçəngi xəstəsi idi. Hicazi may ayının 23-də Tehranın “Kəsra” klinikasında vəfat edib.
