24 may 2011 01:28

Starkov: Ümid edirəm ki, yeni oyunçuların seçimində yanılmayacağıq

“Bakı”nın baş məşqçisi Aleksandr Starkov geridə qalan mövsüm barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın çalışdırıcısı geridə qalan mövsümlə bağlı bunları dilə gətirib.
 
"Əlbəttə ki, mövsüm "Bakı"nın iddiaları və planlarına uyğun gəlməyəcək bir şəkildə uğursuz alındı. Azarkeşlərimiz qarşısında borclu qaldıq. Amma ümid edirəm ki, məhz bu, bizə növbəti mövsümdə daha yaxşı işləmək və daha yüksək nəticələr əldə etməkdə köməkçimiz olacaq.
 
Mövsüm ümumilikdə uğursuz alındı. Biz qarşıda duran vəzifələrin həllinə nail ola bilmədik, avrokuboklardan kənarda qaldıq. Bu, komandada yaşanan problemlərin təzahürüdü. İnanıram ki, mövsümlərarası fasilə zamanı qarşıda duran təşkilat məsələlərini həll edib, avqusta startı veriləcək yeni çempionata daha güclü və mütəşəkkil komanda şəklində başlayacağıq.
 
Futbolçularımızın bir çoxu ürəkdən çalışırdılar, məncə, kimisə xüsusi qeyd etmək düzgün olmazdı. Heyətdə dəyişikliklər olacaq, cavanlaşdırmaq istiqamətində işlər aparacağıq. Bizə qələbə həsrəti ilə yaşayan, hər epizodda sona qədər mübarizə aparmaq hissi ilə alışıb-yanan oyunçular lazımdır. Ümid edirəm ki, yeni futbolçuların seçimində yanılmayacağıq.
 
Onu da əlavə edim ki, əvəzedici komandamızdan maraq dairəsinə düşən bir neçə futbolçumuz var. Bu il çempionluq qazanan gənc futbolçularımız bizim hazırlıq planına uyğun çalışmaqda davam edirlər.
 
Yeni mövsümün hazırlıqlarına iyun ayının sonlarından etibarən başlamaq niyyətindəyik. Çempionatın başlamasına qədər 2 təlim-məşq toplantısı keçməliyik. Onlardan birini Sloveniyada keçirəcəyik, ikinci toplantı barədə düşünəcəyik. İnanıram ki, planlı məşqlər və güclü rəqiblərlə yoldaşlıq ouyunları keçirərək mövsümə yaxşı hazırlaşa biləcəyik.
 
Əsas odur ki, klubumuzu layiq olduğu mövqelərə qaytaraq. Yaxşı və pis günlərimizdə bizimlə bərabər olan, komandamızı sonadək dəstəkləyən azarkeşlərimizi ən sadiq və ən güclü tərəfdarlar hesab edirəm. Növbəti mövsümdə onları sevindirmək üçün əlimizdən gələni edəcəyik. Futbola gəlin və komandamıza arxa durun. İnanırıq ki, hər şey urəyinizcə olacaq”. ("Bakı"nın saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.