24 may 2011 14:07

Mircavadov: Əvvəllər XL-la İnter daha ağıllı futbol oynayırdı

Futbol mütəxəssisi Ağasəlim Mircavadov azerisport.az-a müsahibəsində ölkə kubokunun "Xəzər Lənkəran" və "İnter" arasında keçiriləcək final oyunu haqda fikirlərini bölüşüb.
 
- Final oyunundan nə gözləyirsiniz?
- Yaxşı, baxımlı oyun gözləyirəm. Çünki azarkeşlərə maraqlı olsun. Əlbəttə, kubok finalı həmişə gərgin olur.
 
- Sizcə indi kim daha güclüdür: “Xəzər Lənkəran” ya “İnter”?
- Hər ikisi güclüdür. Ancaq nəzərə alaq ki bu, finaldır. Burada heç kim əvvəlcədən kimin favorit olduğunu deyə bilməz.
 
- Hər iki komanda finala çıxsa da, onların keçdiyi yol azca fərqlənir. “İnter” 1/4 finalda birinci divizion təmsilçisi “Abşeron”la qarşılaşdığı halda, “Xəzər Lənkəran” mövsümdə əsas rəqibi “Neftçi” ilə görüşürdü.
- Bilirsiniz, burada hər şey elə sadə deyil. Məsələn, “Abşeron” xüsusilə ötən mövsüm çempionuna qarşı oyunda özünü göstərmək istəyən gənclərdən qurulub. Nəzərə alsaq ki bu, kubok oyunudur, bu halda iki oyunluq qarşıdurmanın nəticəsini əvvəlcədən müəyyənləşdimək mümkün deyil. Ona görə finala doğru hansı komandanın keçdiyi yolun asan olduğunu demək olmaz. Misal üçün, Rusiya kubokunun finalında premyer-liqa təmsilçisi “ЦСКА” və birinci divizionda çıxış edən “Alaniya” qarşılaşdı. Yaxud digər misal. Xatırlayıram ki, hələ sovet dövründə Lvovun “Karpatı” klubu birinci divizionda çıxış edərkən SSRİ kubokunu qazana bilmişdi və o vaxt mövcud olan “Kuboklar Kuboku”na çıxmışdı.
 
- Finalda hansı komandaya azarkeşlik edəcəksiniz?
- Heç birinə. Futbola azarkeşlik edəcəyəm.
 
- Stadionda olacaqsınız?
- İndi şəhərdə deyiləm və burda olacağımı bilmirəm.
 
- 2008-ci ildə “Xəzər Lənkəran”a rəhbərlik etdiyiniz zaman kubokun finalında “İnter”lə qarşılaşmısınız. Bu komandanı da tanıyırsınız. İndiki komandalar o vaxt finalda üz-üzə gələn komandalardan nə ilə fərqlənir?
- Deyərdim ki, o vaxt hər iki komanda daha ağıllı futbol oynayırdı. Onların liderləri vardı. Liderlər indi də var. Sadəcə bu il onlar sabit oynamadılar. Ancaq yenə də, əgər komandalar çempionatda belə oynayırlarsa, kubokda tam əksinə çıxış edirlər.
 
- Artıq Azərbaycanın üç avrokubok təmsilçisi məlumdur. Hələki dördüncü iştirakçı naməlum olaraq qalır. “İnter” və “AZAL” bu yolda mübarizə aparır. Beynəlxalq oyunlara hazırlıq baxımından bu oyunda hansı komandanı avrokuboklarda görmək istərdiniz?
- Bilirsiniz, çempionatın oyunlarını diqqətlə izləməmişəm. Xüsusilə bu komandaları. Ona görə bu suala cavab verməkdə çətinlik çəkirəm. Sizə yalnız bunu deyə bilərəm ki, avrokuboklara ikicə aya hazırlaşmaq olmaz. “AZAL” və “İnter”ə gəlincə, qoy layiq olan keçsin. Komandaların yaxşı, gənc mütəxəssisləri var - müvafiq olaraq, Nazim Süleymanov və Kaxaber Tsxadadze.
 
- Axı Tsxadadzedən fərqli olaraq Nazim Süleymanovun avrokuboklarda baş məşqçi kimi iştirak təcrübəsi yoxdur...
- Ümumiyyətlə mən özüm heç vaxt məşqçilər haqda nəsə pis bir şey deməmişəm və deməyə hazırlaşməram. Ancaq həmişə qeyd edəcəyəm ki, Azərbaycan futbolunun inkişafında böyük, əsas rolu yerli mütəxəssislər oynayır və gələcəkdə də belə olacaq.
 
- Son illər biz “Xəzər Lənkəran” azarkeşlərini stadionlarda oyun zamanı və oyundan sonra müxtəlif münaqişələrdə görürük...
- Bilirsiniz, Lənkəran azarkeşləri çox qızğın, canı-dildən azarkeşlik edirlər. Əlbəttə, müəyyən sərhədlər var. Azarkeşlik etmək, komandanı dəstəkləmək - bu, yaxşıdır. Özüm Lənkəranda əhalinin futbolla yaşadığının şahidiyəm. Düzünü deyim ki, onlar özləri bənzər münaqişələr barədə təəssüf edirlər və ümumiyyətlə belə halların futbolda yer almasını istəmirlər. Axı azarkeşlər arasında ziyalılar da az deyil. Ancaq bəzən elə olur ki, hər şey baş verir. Heç kim bunu arzulamır, ancaq bu, baş verir. İstəyirəm ki, bu, olmasın. Çünki oxşar hallar azarkeşlərin və həmçinin komandaların imicini pozur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.