24 may 2011 14:30
Qəbələ`nin ilk əcnəbi transferi
Qəbələ mövsümün ilk xarici transferinə imza atıb. Azerisport.az xəbər verir ki, bu futbolçu Portuqaliyanın "Naval" klubunun müdafiəçisi Daniel Kruzdur.
Qeyd edək ki, bu futbolçu braziliyalıdı və indiə kimi "Juventude", "Corinthians", "Legia", "Coritiba", "Vitória", "Paraná" və daha bir neçə klubun şərəfini qoruyub. 1982-ci il təvəllüdlü futbolçu bundan sonrakı karyerasını ölkəmizdə davam etdirəcək.
