24 may 2011 15:11
Foqts və köməkçiləri kubokun finalında
Bu gün saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda “İnter” və “Xəzər Lənkəran” komandaları arasında Azərbaycan kubokunun final oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşmanı Azərbaycan millisinin baş məşqçisi Berti Foqts da izləyəcək.
Özü də o, arenaya tək gəlməyəcək. Belə ki, baş məşqçi ilə yanaşı köməkçiləri və millinin üzvləri də matçı stadionda izləyəcəklər.
