24 may 2011 15:26
DÇ-nin loqosu futbolumuzun yüzilliyi mərasimində təqdim olunacaq
Xəbər verdiyimiz kimi, 2011-ci il iyunun 6-da, saat 20:00-da, Buta Palace-da Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçiriləcək.
Azerisport.az xəbər verir ki, FİFA-nın prezidenti Yozef Blatterin, UEFA-nın prezidenti Mişel Platininin, beynəlxalq futbol qurumlarının üzvü olan milli assosiasiyaların rəhbərliyinin, ölkə futbol ictimaiyyətinin nümayəndələrinin iştirak edəcəyi tədbirdə 2012-ci ildə Azərbaycanda təşkil olunacaq 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının loqotipi də təqdim olunacaq.
