24 may 2011 16:49
Kütləvi futbol gününə AFFA-dan bir neçə tədbir
Bu ilin 25 may tarixi UEFA tərəfindən Kütləvi Futbol Günü elan olunub. Bununla əlaqədar AFFA tərəfindən bir neçə tədbir təşkil olunacaq.
Azerisport.az xəbər verir ki, sabah – mayın 25-də, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda saat 10:00-dan 17:00-dək Məhəllə kuboku, Bakı İdman Sarayında saat 10:00-dan saat 16:00-dək «Məktəbli kuboku»nun üçüncü yer uğrunda və final oyunları, Lənkəran şəhər Mərkəzi stadionunda isə saat 10:00-dan etibarən Grassroots festivalı keçiriləcək.
