24 may 2011 17:29
Teli Qarabağın ən yaxşı oyunçusu oldu
Admir Teli ötən mövsümün üçün "Qarabağ"ın ən yaxşı oyunçusu elan edilib. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klubda keçirilmiş daxili səsvermənin nəticələrinə görə alban müdafiəçi gürcü yarımmüdafiəçi Qiorqi Adamiyanı (264 xal) 4 xal qabaqlayıb (268 xal).
Üçüncü yeri Azərbaycan yığmasının kapitanı Rəşaq Sadıxov və Ansi Aqolli (hər ikisi 247 xal) bölüşüblər.
