24 may 2011 18:38
İnter - XL matçının hakimləri açıqlandı
Azərbaycan kubokunun "İnter" və "Xəzər Lənkəran" arasındakı final oyununa hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, artıq mövsümün böyük əhəmiyyətə malik həlledici qarşılaşmasını idarə edəcək referilər bəllidi.
Belə ki, final matçını FİFA referisi Fariz Yusifovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Azərbaycan kuboku
Final
24 may (çərşənbə axşamı)
İnter - Xəzər Lənkəran
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Munis Abdullayev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00
