24 may 2011 20:00
Əziz Yıldırım mərkəzi arenada
Bu gün keçirilən futbol üzrə Azərbaycan kubokunun final matçını izləyənlər arasında əcnəbi qonaqlar da var. Azerisport.az xəbər verir ki, onlardan biri də Türkiyənin “Fenerbahçe” klubunun prezidenti Əziz Yıldırımdı.
Qeyd edək ki, futbol təsərrüfatımızın rəhbərliyi ilə yaxından əlaqəsi olan və tez-tez belə tədbirlərə təşrif buyuran “Fenerbahçe” prezidenti bu dəfə də kubokun final görüşünü izləməyə gəlib. Bu günlərdə Türkiyə çempionu adını qazanan “sarı-lacıvərdlilər”in prezidenti AFFA prezidenti Rövnəq Abdullayevlə birgə fəxri tribunada yer alıb.
