24 may 2011 22:22
Əziz Yıldırım: Mənsimov vacib işi olduğu üçün finala gələ bilmədi
Türkiyənin “Fenerbahçe” klubunun prezidenti Əziz Yıldırım Azərbaycan kubokunun “İnter” və “Xəzər Lənkəran” arasındakı final qarşılaşması haqda fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində “sarı-bülbüllər”in başqanı bunları dilə gətirib:
“Mən bu görüşü Mübariz Mənsimovla (“Xəzər Lənkəran”ın fəxri prezidenti) birgə izləməliydim. Lakin onun çox vacib işi olduğu üçün bu qarşılaşmaya gələ bilmədi. Mən isə qardaş ölkə futbolunun belə prinsipial oyununu izləməyə gəldim. İlk hissə mənim xoşuma gəldi. Gözəl oyun gedir”.
Əziz Yıldırım AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan və Türkiyə yığmalarının oyununa da toxunub: “Hələlik Türkiyə və Azərbaycan yığmaları arasındakı cavab oyununa çox qalır. Bu üzdən həmin görüş barədə danışmaq istəməzdim. Bircə onu bilirəm ki, gərgin oyun olacaq”.
