24 may 2011 23:34
Uinston Parks: Yaddan çıxmayacaq bir görüş idi
“Xəzər Lənkəran”ın hücumçusu Uinston Parks Azərbaycan kubokunun “İnter”lə final oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında kosta-rikalı futbolçu penaltilərlə qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib:
“Gərgin oyun oldu. Xüsusilə matçın sonları çox əsəbi alındı. Yaddan çıxmayacaq bir görüş idi. Lakin biz kuboka daha layiq olduğumuzu isbatlamış olduq. “İnter”dən daha güclü oyun sərgilədik”.
