24 may 2011 11:37

Adrian Pit: Xəzər Lənkərana arxayın və sakit olmaq olmaz

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit azerisport.az müxbirinin ölkə kubokunun finalı və milli çempionatın səviyyəsi ilə bağlı suallarını cavablayıb.
 
- Komandanızın kubokun final oyununa hazırlığı necə gedir?
- Hər şey normaldır. Hər şey yaxşı gedir. Finala yaxşı ovqatla hazırlaşırıq.
 
- Finaldan nə gözləyirsiniz?
- Mənim tək intizarım var - qələbə. Biz bunun naminə oynayacağıq. Əlbəttə, bu finaldır. Başa düşürük ki, burada asan olmayacaq. Ancaq meydana yalnız qələbə üçün çıxacağıq.
 
- “İnter”ə qarşı hücum futbolu, yoxsa vəziyyətə uyğun oyun oynayacaqsınız?
- Əlbəttə ki biz hücum etməyə çalışacağıq. Özü də bunu imkan düşdükcə bütün komanda ilə etmək olar. Bütün komanda ilə müdafiə də olunmaq olar. Bizə arxayın və sakit olmaq olmaz. Öz futbolumuzu oynamağa və rəqibə ərazi üstünlüyü verməməyə çalışacağıq.
 
-  “Xəzər Lənkəran”a keçdikdən sonra “İnter”ə qarşı görüşlərdə oynaya bilmisiniz. Bu komanda haqda nə deyə bilərsiniz?
- Möhkəm komandadır. Heyətlərində yaxşı futbolçular var. Onlara qarşı oynamaq asan olmur. Düşünürəm ki, finalda bizi çətin oyun gözləyir. Ancaq biz “İnter”i məğlub etməyə borcluyuq. Kluba və bizi həmişə dəstəkləyən sədaqətli azarkeşlərimizə görə qələbə qazanmalıyıq.
 
- Məğlubiyyət nə demək olardı?
- Bu barədə düşünmürəm və düşünmək belə istəmirəm. İnanıram ki, yaxşı oyun göstərib mövsümü mükafatla bitirəcəyik.
 
- Artıq yarım ildir ki, Azərbaycan çempionatında çıxış edirsiniz. Yerli çempionatı necə dəyərləndirirsiniz?
- Əlbəttə, bəzi qərb ölkələrinin çempionatları qədər olmasa da, güclü çempionatdır. Ancaq burada yaxşı komandalar, əla oyunçular var. Gördüyüm qədər hər şey inkişaf edir. Hesab edirəm ki, belə sürətlə çempionat daha da yaxşı olacaq.
 
-  Buradakı hakimlik haqda nə deyə bilərsiniz?
- Bu haqda danışmaq istəməzdim. Sadəcə bəzən onlar kobud səhvlər edirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.