24 may 2011 23:40
Mirça Rednik: Hələlik bu haqda düşünmürəm
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Azərbaycan kubokunun “İnter”lə final oyununu şərh edib. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis penaltilərlə qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib:
“Mən dünyanın ən xoşbəxt adamıyam. Bir illik işimin nəticəsində kuboka sahib çıxdım. “İnter”i təbrik edirəm. Onlar sona kimi vuruşdular. Bizim rəhbərlik üçün bu kuboka sahib çıxmaq çox vacib idi. Azarkeşlərimizə təşəkkürümü bildirirəm ki, bizimlə birgə oldular. Bu, əsl futbol bayramı idi. Avrokuboklarda mümkün qədər çox mərhələ adlamağa çalışacağıq. Lakin hələlik bu haqda düşünmürəm”.
