24 may 2011 23:42
Elnur Allahverdiyev: Həmin uğursuzluğu unutdurduq
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev Azərbaycan kubokunun “İnter”lə final oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, penaltilərlə qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib:
“Çox şadam, bütün futbolçularımızı öpürəm, bağrıma basıram. Hamısı sağ olsunlar ki, qələbə qazanmağımıza töhvələrini verdilər Ötən mövsüm finalda məğlub olmuşduq. Lakin bu dəfə həmin uğursuzluğu unutdura bildik. Bu, bizim kubokdu”.
