24 may 2011 11:46
Mircavadov: Bu, iki güclü komandanın döyüşü olacaq
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov keçmiş komandası ilə “İnter” arasında keçiriləcək futbol üzrə ölkə kubokunun final oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu, iki güclü komandanın döyüşü olacaq. Mənə elə gəlir ki, çox şey hər iki kollektivin liderlərinin mübarizəsində həll olacaq. “Xəzər Lənkəran” artıq “Avropa Liqası”na vəsiqə əldə edib. Ancaq əminəm ki, onlar qələbəyə susayıblar. “İnter” də layiqli futbol göstərəcək. Onlar üçün bu, mövsümün oyunu olacaq”.
