24 may 2011 23:50
Sxadadze: İnter öz oyunu ilə kuboka layiq idi
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan kubokunun “Xəzər Lənkəran”la final matçını şərh edib. Azerisport.az xəbər verir ki, “bankirlər”in çalışdırıcısı penaltilərlə uduzduqları qarşılaşmadan sonra bunları dilə gətirib:
“XL layiqli oynadı. Ümumiyyətlə, layiqli bir final görüşü idi. Hələ oyundan öncə də demişdim ki, azarkeşlər əsl baxımlı futbol izləyəcklər. Mən futbolçularıma görə xəcalət çəkdiyimi deyə bilmərəm. Onları məzəmmət etmək üçün də bir əsasım yoxdu. Düzdü, rəqib əsəblərinə daha yaxşı sahib çıxa bildi. Lakin mənə elə gəlir ki, komandam öz oyunu ilə kuboku qazanmağa layiq idi. İndi gələcək aqibətim haqda danışmağa əhvalım yoxdu”.
