24 may 2011 23:52
Kamran Ağayev: Kuboka layiq idik
“Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev Azərbaycan kubokunun “İnter”lə final oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, penaltilərlə qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib:
“Pemyer Liqada da çempion olmaq istəyirdik. Lakin orda alınmadı. Buna görə də kuboku qazanmağa borclu idik. Artıq istəyimizə çatdıq. Bu qələbəyə layiq idik”.
