24 may 2011 11:53
Abdullayev Turan`ı Türkiyəyə aparır
Uzun müddət idi işsiz olan futbol mütəxəssisi Əsgər Abdullayev may ayının sonu Tovuzun “Turan” komandası ilə bir illik müqavilə imzalayacaq. Azerisport.az xəbər verir ki, o, bu komandanın sükanı arxasına keçəcəyini təsdiqləməsə də, hazırda tərəflər arasında danışıqlar davam edir.
Müqavilə bağlanana kimi həmçinin komandanın mövsümə hazırlıq planı da məlum olacaq. Güman ki “Turan” Antalyaya yollanacaq.
