24 may 2011 12:22
Belçika klubunun yarımmüdafiəçisi: Mənə Azərbaycandan komanda verin
Belçikanın “Westerlo” futbol klubunun yarımmüdafiəçisi Cef Delen Avropa Liqasında Azərbaycan klublarına qarşı oynamaq istəyini bildirib. Azerisport.az Belçika mətbuatına istinadən xəbər verir ki, o, sözügedən açıqlamasında bunları dilə gətirib:
“Westerlo” kimi komanda üçün avrokuboklarda oynamaq imkanı əldə etmək əladı. Mənə Azərbaycandan komanda verin. Bu ölkədən olan komandaya qarşı oynamaq istəyirəm. Dostum orada işləyir. Həm də onunla görüşə bilərəm”, deyə Delen bildirib.
