24 may 2011 00:43
Real növbəti transferini gerçəkləşdirdi
İspaniyanın “Real” klubu növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, Madrid klubu yaydığı rəsmi məlumatda 24 yaşlı hücumçu Xose Mariya Kalyexonu sıralarına qatdığını bəyan edib.
Joze Mourinyonun komandası “Espanyol”da çıxış edən bu gənc forvardla 5 illik müqavilə bağlayıb. Maraq üçün onu da bildirək ki, Kalyexon Türkiyə millisinin şərəfini qoruyan Nuri Şahinlə Hamit Altıntopdan sonra “Real”ın gerçəkləşdirdiyi üçüncü transfer oldu.
Sonda onu da vurğulayaq ki, Madrid təmsilçisinin növbəti transferinin “Atletico”da forma geyən Argentina millisinin hücumçusu Kun Aquero olacağı iddia edilir.
