25 may 2011 00:23
Kamran Ağayev kubokun finalını ən yaxşısı seçildi
Azərbaycan kubokunun final matçının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, "İnter" - "Xəzər Lənkəran" qarşılaşmasının ən yaxşı oyunçusu Kamran Ağayev seçilib.
Bir sıra KİV-nin nümayəndələrinin seçimi sayəsində məhz cənubluların qolkiperi həlledici qarşılaşmanın oyunçusu seçilib. Buna isə onun penalti zərbələrində daha yaxşı çıxış edərək, komandasına kuboku qazandırması səbəb olub.
Final görüşündən sonra həmçinin mövsüm boyu Azərbaycan kubokunda vurulmuş ən gözəl qolun müəllifi də müəyyənləşib. Ən yaxşı qolun müəllifi isə “Rəvan”ın futbolçusu Rəşad Məmmədov seçilib. Qaliblər sabah təşkilatçılar tərəfindən xüsusi mükafatlarını alacaqlar.
