25 may 2011 00:16
Nikolov: Bizə indi sadəcə növbəti mövsümə yaxşı hazırlaşmaq qalır
“İnter”in prezidenti Georgi Nikolov komandasının Azərbaycan kubokunun final matçında “Xəzər Lənkəran”a yenilgisinə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, futbolçularının növbəti uğursuzluğu ilə bağlı bunları dilə gətirib:
“Penalti lotoreyadı. Lakin çox təəssüf ki, biz artıq dördüncü dəfə vəsiqə qazandığımız finaldan məğlub ayrılırıq. Hələlik yay transferləri barədə danışmaq istəmirəm. Lakin bunlar gözlənilir. Bizə indi sadəcə avqusta yaxşı hazırlaşmaq qalır. Növbəti mövsümdə daha yaxşı çıxış etməyə çalışacağıq”.
