25 may 2011 00:42
Fenerbahçe başqanı: Klublarınızla yoldaşlıq oyunundan danışmaq hələ tezdi
Azərbaycan kubokunun final matçını izləməyə gələn Türkiyənin “Fenerbahçe” klubunun prezidenti Əziz Yıldırım “İnter” – “Xəzər Lənkəran” görüşü bitdikdən sonra jurnalistlərin suallarını cavablayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətiribi:
“Mən şadam ki, belə bir final matçını gəldim, izlədim. Gözəl futbol izləmək istəyirdim. Kiməsə azarkeşlik edirdimmi? Bu haqda danışmaq istəməzdim. Mənə xoş olan o idi ki, hər kəs “Fenerbahçe”nin çempionluğu münasibətilə təbriklərini çatdırırdı. Azərbaycan klublarıyla yoldaşlıq görüşü keçirməyimizə gəlincə, bu haqda danışmaq hələ tezdi. Mən hələ bu haqda düşünməmişəm”.
