25 may 2011 00:55
Maşın da XL azarkeşinə qismət oldu
Azərbaycan Kubokunun “Xəzər Lənkəran”la “İnter” arasındakı final oyunundan sonra lotoreya keçirilib. Azerisport.az xəbər verir ki, öncədən də iddia olunduğu kimi, uduşa "Renault Logan" avtomobili və qiymətli əşyalar qoyulub.
"Renault Logan" avtomobilini "Xəzər Lənkəran"ın Bakıda yaşayan Müşfiq Süleymanov adlı azarkeşi udub. Maşının açarını qalibə AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.
Lotoreya zamanı azarkeşlər həmçinin mobil telefon, DVD və televizor udub. Final matçından sonra jurnalistlər arasında da lotereya keçirilib və iki əməkdaşıməz noutbuk udub.
