25 may 2011 01:09
Yığmamız daha bir futbolçusunu itirə bilər
AÇ-2012-nin seçmə mərhələsinin qarşıdakı Qazaxıstanla səfər, Almaniya ilə ev oyununa hazırlaşan Azərbaycan yığması daha bir ciddi itki ilə üz-üzə qalıb. Azerisport.az xəbər verir ki, “İnter”in yarımmüdafiəçisi Aleksandr Çertoqanov da millimizin artıq start götürən təlim-məşq toplanışında iştirak etməyə bilər.
Buna onun “Xəzər Lənkəran”la Azərbaycan kubokunun final matçında əzələsini dartması səbəb olub. Matçın 80-ci dəqiqəsində əzələsi dartıldığı üçün oyuna davam edə bilməyən futbolçunun zədəsinin ciddi olduğu və bir müddət yaşıl meydanlardan kənarda qalmasının istisna edilmədiyi bildirilir.
