25 may 2011 01:26

Rövnəq Abdullayev: Əminəm ki, azarkeşlər klublarımızın avrokubok çıxışlarından razı qalacaq

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan kubokunun “İnter”lə “Xəzər Lənkəran” arasındakı final oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, həlledici qarşılaşmadan sonra bunları dilə gətirib:

- Oyun xoşunuza gəldi?
- Mənə elə gəlir ki, gözəl final alındı. Hər iki komanda tam gücü ilə oynadı. Ajiotaj yüksək idi. Şadam ki, oyuna çoxlu azarkeş gəlmişdi. Axı bu, bizim məqsədlərimizdən biridi. Penaltilər seriyası bu görüşə xüsusilik verdi. Hər iki komandanı gözəl oyun münasibəti ilə təbrik edirəm.
 
- Avrokuboklarda Azərbaycanı “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ” və “AZAL” təmsil edəcək. Hansı komandadan daha çox uğur gözləyirsiniz?
- Biz hamısına azarkeşlik edəcəyik. Uşaqlar azarkeşləri sevindirməlidirlər. Əminəm ki, bu mövsüm Azərbaycan azarkeşi sevimlilərinin avrokubok çıxışlarından razı qalacaq.
 
- Yığmanın Qazaxstan və Almaniyaya qarşı oyunlarından nə gözləyirsiniz?
- Biz həmişə yığmadan ancaq qələbə gözləyirik. Sizin kimi.
 
- Oyunu “Fenerbahçe” prezidenti Əziz Yıldırımla birgə izlədiniz.
- Bəli. O, öz gəlişi ilə bizi çox sevindirdi. Əziz Yıldırım bizə yaxın adamdı. Bizim birgə gələcək əməkdaşlıq haqqında müştərək planımız var.
 
- Qarşıda Azərbaycan futbolunun yüzilliyi mərasimi var. Təntənəli axşamda kimləri görə bilərik?
- FIFA prezidenti Zepp Blatter, UEFA rəhbəri Mişel Platini, çox hörmətli qonaqlar olacaq. Hamısının adını çəkməyəcəm. Amma bilin ki, biz hər şeyi yüksək səviyyədə keçirmək istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.