25 may 2011 14:53
Foqts milliyə daha 6 futbolçu dəvət etdi
Mayın 20-dən Bakı şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının düşərgəsinə yeni futbolçular çağırılıb. Azerisport.az xəbər verir ki, mayın 28-də yekunlaşacaq hazırlıq prosesinə mayın 26-dan etibarən Azərbaycan Kubokunun finalında çıxış etmiş "Xəzər Lənkəran" və "İnter"in 6 oyunçusu çağırılıb.
Belə ki, baş məşqçi Berti Foqts "Xəzər Lənkəran"dan Kamran Ağayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev və Elnur Abdullayev, "İnter"dən isə Aleksandr Çertoqanov və Vladimir Levini toplanışa dəvət edib.
