25 may 2011 15:22
Azərbaycan Kuboku növbəti mövsüm üçün sponsor sorağındadır
Azərbaycan Kubokunun növbəti mövsüm üçün sponsoru müəyyənləşməyib. Azerisport.az xəbər verir ki, NBC Bank-ın növbəti mövsümdə kuboka sponsorluq edəcəyi hələ də sual olaraq qalır.
Bu barədə PFL prezidenti Ramin Musayev bildirib: "Bizim başqa banklardan təkliflərimiz var. Ancaq NBC ilə iş birliyimizi davam etdirmək istərdik".
NBCBank təmsilçisi Fuad Qəmbərov isə öz növbəsində tərəflərin yaxın vaxtlarda danışıqlar masası arxasında görüşəcəyini qeyd edib.
