25 may 2011 15:14
Uinston Parks və Lionel Messi bənzətməsi
PFL prezidenti Ramin Musayev "Xəzər Lənkəran"ın hücumçusu Uinston Parksın oyunundan razı qalıb. Azerisport.az xəbər verir ki, Musayev Azərbaycan kubokunun "Xəzər Lənkəran" və "İnter" arasında keçirilmiş final görüşündə Uinston Parksın oyunu haqda təəssüratlarını bölüşüb:
"Əminəm ki, Parks avrokuboklarda "Xəzər Lənkəran"a çox kömək edəcək. O, Azərbaycan futbolunda ən yaxşı legionerlərdən biridi. Kubokun final oyununda onun ayaqlarına Messi kimi çoxlu zərbə vurdular. Ancaq Parks öz qolunu vura bildi".
