25 may 2011 14:45
NBC Bankın kubok mükafatları sahiblərini tapdı
NBC Bank futbol üzrə "Azərbaycan Kuboku"nun mükafatlarını təqdim edib. Üç xüsusi mükafat öz sahibini tapıb.
"Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev final oyununun ən yaxşı oyunçusu seçilib. Turnirin ən gözəl qol müəllifi "Rəvan"ın futbolçusu Rəşad Məmmədov olub. Uinston Parks isə ən sərrast futbolçu (4 qol) adına yiyələnib. Mükafatların təqdimat mərasimində PFL prezidenti Ramin Musayev də iştirak edib.
