25 may 2011 16:43
Rəvan baş məşqçisiz qaldı
"Rəvan"ın baş məşqçisi Vladislav Qədirov öz postunu tərk edib. Azerisport.az xəbər verir ki, bundan sonra Qədirov komandanın idman direktoru vəzifəsində çalışacaq.
Qeyd edək ki, məhz onun rəhbərliyi ilə "Rəvan" Premyer Liqaya vəsiqə qazanıb. Lakin Qədirovun istefasından sonra onun boş qalan postunun kim tərəfindən tutulacağı maraqla gözlənilir.
