25 may 2011 13:33
Girt Karlson: Bu, çox kədərlidi
“İnter”in hücumçusu Girt Karlson futbol üzrə Azərbaycan Kubokunun “Xəzər Lənkəran”la final oyunundan (1:1, 2:4 - pen.) sonra azerisport.az-ın müxbirinin suallarını cavablayıb.
- 90 dəqiqə siz ehtiyat oyunçular skamyasında oturdunuz. Kənardan oyun sizə necə görünürdü?
- Oyun kifayət qədər əsəbi alındı. Oyunun əvvəlində rəqibin azca üstünlüyü vardısa, bizdə hər şey alınmırdı. İkinci hissədə daha yaxşı oynamağa başladıq. Əlbəttə, finalda məğlubiyyət acıdır.
- Sizi meydana əlavə vaxtın birinci hissəsində buraxdılar. Buraxılmış qoldan sonra. Cəmi beş dəqiqə sonra siz hesabı bərabərləşdirdiniz. Belə tez qol vuracağınızı düşünürdünüz?
- Əlbəttə gözləyirdim. Axı hücumçu məhz qol vurmaq üçün meydana çıxır.
- Yəqin ki, hadisələrin belə dönüşündə çox xoşbəxt idiniz?
- Bir tərəfdən, təbii ki, xoş idi. Ancaq buna qədər biz qol buraxmışdıq və qol vurmağa sadəcə borclu idik.
- Komandanızın finalda oyununu necə qiymətləndirirsiniz?
-Ancaq yenə də, oyunun əvvəlində təxmin etdiyimizə rəğmən bizdə hər şey alınmırdı. Ümumilikdə isə yaxşı və ya pis oynamağımızı demək çətindir. Axı penaltilərlə də olsa, biz məğlub olduq.
- “İnter”in ikinci hücumçunu meydana buraxaraq qol vurduğunu nəzərə alsaq, belə qərarın əvvəlcədən verilməsini necə hesab edirsiniz?
- Bütün mövsümü belə oynamışıq. Burada hər hansı problem görmürəm. Sadəcə, əvvəlcədən istədiyimiz kimi oynamaq alınmırdı.
- Finalı uduzaraq avrokuboklarda iştirakdan məhrum oldunuz...
- Bu, çox kədərlidir.
- Sizcə “İnter”in mövsümdə uğursuz çıxışının kökü nədədir?
- Bilmirəm. Bunu bilsək, problemi çözərdik. Ancaq özümüz də nəyin düz olmadığını bilmirik.
- Gərgin qrafik öz təsirini göstərə bilər? Axı komandanız mövsümün ortasında “Birlik Kuboku”nda iştirak etdi.
- Bu barədə nəsə danışmaq istəməzdim. Əgər yorğunluq vardısa da, “Birlik Kuboku”ndan sonrakı bir-iki oyunda olub. Düşünmürəm ki, bu, oyunumuzda xüsusilə özünü göstərsin.
