25 may 2011 18:42
Foqtslu millimizdən tələbələrə 18 qol (YENİLƏNİB)
Bu gün Azərbaycan yığması AZAL-ın Şüvəlan qəsəbəsindəki stadionunda Bakı Slavyan Universitetinin tələbələri ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, oyun 18:1 yığmanın xeyrinə başa çatıb.
Rauf Əliyev penta-trikə imza atıb. Vüqar Nadirov het-triklə fərqlənib. Ruslan Əmircanov, Murad Hüseynov və Vaqif Cavadov dubl edib. Rəşad Sadiqov, Araz Abdullayev və Əfran İsmayılov hərəyə bir qol vurub. Daha bir qolu isə tələbələr öz qapılarına vurub. Yığmanın qapısından yeganə qolu BSU-nun birinci kurs tələbəsi Rüfət Cəlilov keçirib.
Xatırladaq ki, oyun hərəsi 25 dəqiqəlik üç hissədən ibarət olub.
