25 may 2011 15:35
Stefan Barbikoni: Azərbaycanda çox şey öyrəndim
Stefan Barbikoni Bakı təəssüratlarını bölüşüb. Azerisport.az saytına müsahibəsində o, bir sıra maraqlı fikirlər səsləndirib.
“Mets”in fransalı müdafiəçisi üçün “Bakı”nın heyətində keçirdiyi mövsüm uğurlu alınmadı. “Bakı” altıncı pilləni tutaraq mükafatsız və avrokuboklarsız qaldı. Ancaq Stefan xoş təəssürat bağışlamaqla saytımızın çempionatıın yekunlarına görə tərtib etdiyi “dream team”ə düşə bildi.
“Bu, böyük təcrübə idi. Azərbaycan çempionatı bir neçə il qabaqkı Türkiyə çempionatı səviyyəsində qərarlaşıb. Gələn mövsüm harada olacağam? Hələki mənim “Mets”lə müqaviəm var”.
Barbikoni Azərbaycanda çıxış edərkən “Mets” Liga 1-ə düşmək üçün mübarizə aparırdı və sonda üçüncü yerdən dörd xallıq fərqlə dördüncü pillədə qərarlaşdı. “Düzünü desəm, mən “Mets”in çempionatı daha aşağı pillədə başa vurmasından ehtiyatlanırdım. Ancaq uşaqlar birincilik boyu daha yaxşı forma yığmağı bacardılar”, deyə Barbikoni bildirib.
“Azərbaycanda çox şey öyrəndim. Təkcə futbolda yox. Məni Bakı heyrətləndirdi. Gözəl şəhərdir! Əsl inşaat gurultusudur. Sanki orada Qətərin kiçik surətini yaradırlar kimi təəssürat var”.
Azarkeşlərə gəlincə Barbikoniyə elə gəlir ki, bizdə Türkiyə ilə nisbətədə az ehtirasla azarkeşlik edirlər: “Mənə orada xoş idi. Doğrudan da özümü tapa bildim, forma yığa bildim və indi yenidən “Mets” üçün döyüşməyə hazıram”, deyə o fikrini tamamlayıb.
