25 may 2011 13:51
Neftçi`nin prezidenti Xəzər Lənkəran`ı təbrik etdi
“Neftçi”nin prezidenti Sadıq Sadıqov “Xəzər Lənkəran”ı ölkə kubokunda qələbə qazanması münasibəti ilə təbrik edib. Azerisport.az xəbər verir ki, o, təbrikində bunları dilə gətirib:
“AFFA və PFL rəhbərliyinin səyi nəticəsində Azərbaycan Premyer Liqası və kuboku uğrunda yarışların səviyyəsi ildən-ilə artır. Ölkə futbolunda maraqlı idman mübarizəsi, inkişaf, əldə olunan uğurlar göz qabağındadır. Bu baxımdan "Xəzər Lənkəran" komandasının Azərbaycan futbolunun inkişafına verdiyi töhfə təqdirəlayiqdir. 2010/11 mövsümündə Premyer Liqada olduğu kimi, ölkə kubokunda da bir-birindən maraqlı matçlar izlədik. Finalda "İnter"ə qalib gələn "Xəzər Lənkəran" yarışın layiqli qalibi oldu. Bu münasibətlə "Xəzər Lənkəran" klubunun bütün kollektivini, o cümlədən fəxri prezident Mübariz Mənsimovu və prezident Mais Mənsimovu təbrik edirəm. Lənkəran təmsilçisinə Avroliqada uğurla çıxış etməyi, ölkəmizin idman şərəfini daha da yüksəklərə qaldırmağı arzulayıram".
“Neftçi”nin rəsmi saytı
