25 may 2011 13:03
Serbiya yığmamızı darmadağın etdi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib. Azerisport.az xəbər verir ki, Təbriz Həsənovun komandası Serbiyanın Belqrad şəhərində məhz bu ölkədən olan həmyaşıdları ilə sınaq matçına çıxıblar.
Qarşılaşma meydan sahiblənin inamlı qələbəsi ilə başa çatıb. Belə ki, komandamız yoldaşlıq görüşündə 0:5 hesabı ilə məğlub olub. Komandalar arasında növbəti görüş may ayının 26-da baş tutacaq..
Yoldaşlıq oyunu
Serbiya – Azərbaycan - 5:0
