26 may 2011 19:54

Ramiz Məmmədovun komandası yenə qələbəni əldən verdi (YENİLƏNİB)

Bu gün Qazaxıstan çempionatında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun çalışdırdığı “Atırau” doğma meydanda “Ordabası”yla münasibətlərinə aydınlıq gətirib.
 
Qeyd edək ki, bu komanda hazırda 19 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşmışdı. Geridə qalan 12 oyunda 6 qələbə qazanıb, 5-də uduzan "Ordabası" sadəcə 1 görüşdə heç-heçə etmişdi ki, o da “Atırau” ilə matça təsadüf etmişdi. 10-cu tura təsadüf edən və “Ordabası”nın meydanında keçirilən qarşılaşmada hesabı Məmmədovun komandasından Bexan açsa da (19-cu dəqiqə), az sonra meydan sahibləri hesabı bərabərləşdirmişdilər. Beləcə, tərəflər hərəyə 1 qolla 1 xala razılaşmışdılar.
 
Elə bu dəfə də eyni ssenari təkrarlandı. Lakin Atıraudakı qarşılaşmada qollar ikinci hissədə vuruldu. 60-cı dəqiqədə meydan sahibləri hesabı açsa da, son dəqiqələrdə qonaq komanda lazım olan 1 qolu vura bildi. Beləcə, "Atırau" yenə "Ordabası" ilə dueldən 1 xalla ayrıldı
 
Halbuki, həmyerlilərimizin komandası üçün bu görüşdə qələbə qazanmaq çox vacib əhəmiyyət daşıyırdı. Çünki ilk altılığa düşməyə çalışan “Atırau” 7-ci pillədə qərarlaşmışdı və bu rəqibindən 5 xal geridə qalırdı. Qələbə qazanacaqları halda “Ordabası” ilə fərq ikiyə düşəcəkdi. Amma heç-heçə aradakı xal fərqinin qüvvədə qalmasına şərait yaratdı.
 
Qazaxıstan Superliqası
13-cü tur
26 may
 
ATIRAU - ORDABASI - 1:1 (0:0)
Qollar: Colçiyev, 60 - Vaqner, 84.
 
1 Lokomotiv 13 8 3 2 18 - 12 27
2 Aktobe 13 8 2 3 23 - 11 26
3 Shakhtyor 13 8 2 3 23 - 12 26
4 Zhetysu 13 7 4 2 21 - 8 25
5 Irtysh 13 7 2 4 24 - 16 23
6 Ordabasy 13 6 2 5 16 - 10 20
7 Atyrau 13 3 6 4 10 - 14 15
8 Tobol 13 4 2 7 18 - 19 14
9 Kairat 13 4 2 7 15 - 22 14
10 Taraz 13 4 0 9 9 - 16 12
11 Kaisar 13 2 2 9 7 - 29 8
12 Vostok 13 1 5 7 9 - 24 8

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.